Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində - mayın 7-də Xocavənd rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tikintisinə ötən ilin martında başlanmış 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 1003 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Yeni tikilidə 25 xidməti otaq və akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik qazanxanası və havalandırma sistemləri, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iştirak ediblər.