Xızı dağlarında “Hummer” aşdı: ölən və yaralananlar var
24 dekabr 2012 13:18 (UTC +04:00)

Xızı dağlarında “Hummer” aşdı: ölən və yaralananlar var

Dekabrın 24-də saat 00.25 radələrində Xızı rayonunda ağır avtomobil qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Dizəvər kəndi ərazisində Azər Abdullayev idarə etdiyi "Hummer" markalı avtomaşını aşırıb.

 

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinləri isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2122
avatar

Oxşar yazılar