XİN qəzaya uğramış təyyarədə vətəndaşlarımızın olub-olmadığı araşdırır
31 oktyabr 2015 14:41 (UTC +04:00)

XİN qəzaya uğramış təyyarədə vətəndaşlarımızın olub-olmadığı araşdırır

0

Azərbaycanın Rusiya və Misirdəki səfirlikləri Misirdə qəzaya uğramış Rusiya təyyarəsində Azərbaycan vətəndaşlarının olub-olmadığını araşdırır.

 

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat katibi Hikmət Hacıyev bildirib.

 

H. Hacıyevin sözlərinə görə, araşdırma bu dövlətlərin rəsmi orqanları vasitəsi ilə aparılır.

 

Rusiya mətbuatının dərc etdiyi siyahıda isə təyyarədə olan şəxslər arasında azərbaycanlı soyadlı şəxs yoxdur.

 

Qeyd edək ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhərinə uçurmuş.

 

Təyyarədə  217 sərnişin və 7 heyət üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar