Gömrükçülər xeyli miqdarda qanunsuz araq aşkar etdilər
13 iyul 2018 11:36 (UTC +04:00)

Gömrükçülər xeyli miqdarda qanunsuz araq aşkar etdilər

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markasız spirtli içkinin realizə edilməsinin qarşısı alınıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "VAZ 21074" markalı avtomobil Tovuz rayonu istiqamətində hərəkət edərkən saxlanılıb.

Azərbaycan vətəndaşı Amin Zamanovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada spirtli içkilərin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan 20 ədəd sellofan torbada 100 ədəd 1 litrlik "Finlandiya" adlı araqlar aşkar olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar