Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bakı şəhəri Xətai rayonu Nobel prospektindən keçən 400 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə təmir işləri aparılır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar martın 1-də gün ərzində Xətai rayonu Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.