Martın 30-da axşam saatlarında Gəndob-Yalama yolunun 27 km-də Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər sakini, 1980-ci il təvəllüdlü Əlövsət Ağaəli oğlu Lətifov idarə etdiyi 90 RE 319 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə Yalama istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb.
Nəticədə Ə. Lətifov hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1983-cü il təvəllüdlü İsmayıl Bayram oğlu Zeynallı isə ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağır olduğundan o ilkin tibbi yardım göstərildikdən sonra paytaxtdakı xəstəxanalardan birinə aparılıb.
Qəzaya uğrayan avtomobil İ.Zeynallıya məxsusdur.
Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.