Xalq şairi reanimasiyaya yerləşdirilib
14 oktyabr 2015 10:30 (UTC +04:00)

Xalq şairi reanimasiyaya yerləşdirilib

0

Xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, xalq şairi hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindən müalicə olunur: “Dünən səhhətində problem yaranıb, vəziyyəti ağırlaşıb. Yaxınları xəstəxanaya aparıblar, həkim müdaxiləsindən sonra səhhəti normallaşıb. Həkimi ilə danışdıq, hazırda səhhətində ciddi, qorxulu bir şey yoxdur, müalicələri davam edir”.

 

89 yaşlı xalq şairi S. Tahirin ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 413

Oxşar yazılar