Xalq artistinin ərinin evində qətl törədən qadın cəzasının azaldılmasını istəyir
16 noyabr 2015 10:47 (UTC +04:00)

Xalq artistinin ərinin evində qətl törədən qadın cəzasının azaldılmasını istəyir

 

 

Bakı Apellyasiya Məhkəməsində xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində Sabir Qurbanovu qətlə yetirən Yelena Maxrovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb. Qərarə əsasən apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, qətl hadisəsi bu il martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş Sabir Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Yelena Maxrova Xanlar İbadovun evində yaşayıb. Yelena Maxrova mübahisə zəminində Sabir Qurbanovu qətlə yetirib.

 

Yelena Maxrova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub. İstintaq zamanı hər iki şəxsin tüfeyli həyat tərzi keçirdiyi məlum olub.

 

Hadisə baş verən gün Sabir Qurbanov evdəki tanışları ilə yeyib-içib. Evə gələn Yelena sərxoş olan əri ilə mübahisə edib. Əsəbini saxlaya bilməyən qadın bıçaqla ona bir zərbə vurub. Daxili qanaxmadan Sabir Qurbanov elə evdə keçinib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yelena Maxrovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsinin həmin məcəllənin 126.3-cü (ehtiyatsızlıqsdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsinə tövsif edilib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yelena Maxrova apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar