Xalq artisti Masallıda dəfn olunacaq
07 sentyabr 2015 10:22 (UTC +04:00)

Xalq artisti Masallıda dəfn olunacaq

0

Ötən gün dünyasını dəyişən xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq.

 

Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, İ. Əsgərov ailəsinin istəyi ilə Masallıda torpağa tapşırılacaq. Xalq artisti ilə vida mərasimi bu gün yaşadığı evdə - Mirəli Seyidov, 14 ünvanında olacaq.

 

Qeyd edək ki, 1958-ci il təvəllüdlü İ. Əsgərov sentyabrın 6-da öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar