Xaçmazda avtoqəza:maşın yanıb, yaralılar var
16 iyul 2013 01:42 (UTC +04:00)

Xaçmazda avtoqəza:maşın yanıb, yaralılar var

 Xaçmazda ağır yol qəzası baş verib.

Xaçmaz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Qəndob -Yalama yolunun 19-cu kilometrliyində, Canaxır kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində Xaçmaz rayon sakinləri, 1976-cı il təvəllüdlü Elnur Məmmədəli oğlu Sultanovun idarə etdiyi “ 10-RO-647” dövlət nömrə nişanlı “QAZ 33-021” markalı yük avtomobili ilə 1989-cu il təvəllüdlü Məmmədəli İbrahim oğlu Məmmədovun idarə etdiyi “10-RP-711 dövlət nömrə nişanlı “ İnfiniti” markalı avtomobil toqquşub. Qəza nəticəsində maşınlar yanıb.

Yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alan sərnişinin vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə gətirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Oxşar yazılar