FHN yoxa çıxan balıqçılarla bağlı məlumat yayıb  - YENİLƏNİB
04 noyabr 2015 17:23 (UTC +04:00)

FHN yoxa çıxan balıqçılarla bağlı məlumat yayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Xaçmazda yoxa çıxan 3 balıqçı ilə bağlı məlumat yayıb.

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, məlumatda bildirilir ki, bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisindən 3 nəfər balıqçı dənizə çıxıb. Hazırda onlarla əlaqə kəsilib.

Axtarış ərazisi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından kənardadır (dənizdə çıxış məsafəsi 2 milə qədər). Hazırda havanın küləkli olduğunu nəzərə alaraq sabah səhər saatlarından etibarən hava şəraiti əlverişli olduğu təqdirdə FHN Aviasiya Dəstəsi tərəfindən axtarış-xilasetmə işlərinə start veriləcək.

 

 

***

Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib. Onlar da bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Hazırda balıqçıların axtarışları istiqamətində FHN-in Dövlət Sularda Xilasetmə xidmətinin əməkdaşları səylərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188

Oxşar yazılar