Vəzifəli şəxsi şantaj edən dəstənin işi məhkəməyə göndərilib
06 avqust 2019 19:03 (UTC +04:00)

Vəzifəli şəxsi şantaj edən dəstənin işi məhkəməyə göndərilib

 
 
Dələduzluqda və hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinənlər - Elşən Cabbarov, Şüşəxanım Ədirova, Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bünyatovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
 
Qeyd edək ki, ötən ilin oktyabrında həbs edilən Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur. Elşən Cabbarov Bulat Ağabəyovu şantaj edərək ondan hər ay 7 min manat pul alıb. Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinib.
 
 
İstintaq orqanı tərəfindən Elşən Cabbarovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə 6 nəfər zərərçəkən şəxs qismində tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599
avatar

Oxşar yazılar