Bakıda velosiped oğrusu həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 27-ci və 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 17-si saat 22:00-dan, 18-i saat 01:00-dək, Şaxtaxtinski küçəsində yaşayan Hüseyn Əhmədovun evindən, açıq qapıdan keçməklə velosiped oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Rəfail Bayramov tutulub.
Faktla bağlı araşdırma aparılır.