Ukraynada protokol xidməti İsveçrənin prezidenti Dide Burkxalteri Kiyevdə Danimarkanın dövlət bayrağı ilə qarşılayıblar.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, o, ATƏT-in müşahidə missiyası çərçivəsində Ukraynanın baş naziri Arseni Yatsenyukla görüşmək üçün Kiyevə səfər edib.
Mənbə bildirib ki, isveçrəli qonaq Yatsenyukla əl görüşən zamanı bayrağın səhv salındığını göstərib, ancaq tərəflər bu yanlışlığı yumorla qarşılayıblar.
Mənbə xatırladıb ki, doğurdan da bu iki dövlətin bayraqları biri-birinə oxşayır. Ancaq onların arasında fərq həm də xaçın təsvirindədir.