Ukraynada azərbaycanlı biznesmen qətlə yetirildi
07 avqust 2013 11:53 (UTC +04:00)

Ukraynada azərbaycanlı biznesmen qətlə yetirildi

Lvov (Ukrayna) vilayətinin Jovkva şəhərciyində azərbaycanlı biznesmen qətlə yetirilib.


 

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, onu yaralı halda xəstəxanaya çatdırsalar da, həkimlərin səyləri nəticə verməyib və iş adamı vəfat edib.

 

Bu barədə dərhal polisə məlumat verilib. Faktla bağlı cinayət işi açılıb. Məlumata görə, azərbaycanlı iş adamının vilayətdə moteli və barı fəaliyyət göstərir. Mərhumun ad və soyadı açıqlanmır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096
avatar

Oxşar yazılar