Türkiyədə üç günlük matəm elan edildi
15 may 2018 10:31 (UTC +04:00)

Türkiyədə üç günlük matəm elan edildi

Türkiyədə Qəzza zolağında fələstinlilərin məruz qaldığı faciəyə görə Türkiyədə üç günlük matəm elan edilib.

 

Lent.az Anadolu Ajansına istinadən bildirir ki, bu barədə Türkiyə baş nazirinin müavini, hökümət sözçüsü Bəkir Bozdağ məlumat verib. Onun sözlərinə görə, üçgünlük matəmin əsas səbəbi fələstinli şəhidlərə hörmət və Fələstin xalqı ilə həmrəylik nümayişidir.

 

Bəkir Bozdağ bildirib ki, Fələstin ərazilərinə hücumlar nəticəsində baş verən qətliamla bağlı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ankarada fövqəladə iclas keçirəcək:

 

“Bu gün baş verənlər göstərdi ki, fələstinlilərin qanına susayan dövlətlər arasında ABŞ da var. Biz ev sahibi olaraq İƏT-in konfransında buna etiraz edəcəyik”.

 

Qeyd edək ki, Qəzza zolağında İsrail əsgərləri ilə baş verən toqquşmalar nəticəsində öldürülən fələstinlilərin sayı 59-a çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar