Türkiyədə oğurluq edən azərbaycanlı həbs edilib.
Lent.az-ın məlumatına görə, Manavqartın İIıca küçəsində bir emalatxanaya girən azərbaycanlı aluminium lövhələr və işıq lampalarını oğurlayıb. Bundan sonra ərazidə axtarış aparan hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlını (M.G) yaxalaya biliblər. Sonradan məlum olub ki, həmyerlimizə məxsus olan motosikilet də oğurluq olub və 2004-cü ildən polis tərəfindən axtarışa verilib. Məsələylə əlaqədar araşdırmaları Antalya Miqrasiya Şöbəsində aparılır.