Türkiyədə azərbaycanlı qadın qaynı və qaynı arvadı tərəfindən döyülüb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünən 22:00 radələrində Aksarayda 38 yaşlı Azərbaycan əsilli Zəminə Novruzova dini kəbinlə birlikdə yaşadığı Şahra Ş.-nin qardaşı Ziyade Ş. və onun həyat yoldaşı Hiteçe Ş. tərəfindən döyülüb.
Ziyade Ş. və Hiteçe Ş. Zəminə Novruzovaya traktorda gətirdikləri samanı götürməyi tapşırıblar. Ancaq Zəminə Novruzova axırda inəklərə qulluq etməklə məşğul olduğunu bildirərək traktordan samanı götürməyib. Ziyade Ş. və Hiteçe Ş. buna qəzəblənərək dəyənək və yumruqla Zəminə Novruzovanı möhkəm döyüblər. Yeganə övladının anasının qardaşı və qardaşı arvadı tərəfindən döyüldüyünü öyrənən 40 yaşlı Şahra Ş. onu xəstəxanaya aparıb. Gözündə zədə, çənə və burnunda qırıqlar olan Zəminə Novruzov reanimasiya şöbəsinə yerləşdirilib. Polis Ziyade Ş. və Hiteçe Ş.-ni saxlayıb.