Toyuna 1 həftə qalmışdı: <span style="color:red;">cehizləri yanıb kül oldu
10 aprel 2014 18:16 (UTC +04:00)

Toyuna 1 həftə qalmışdı: cehizləri yanıb kül oldu

Qızının 8 gündən sonra olacaq toyuna hazırlıq görən İmişli sakinin evi yanıb. Lent.az-ın Cənub TV-yə istinadən verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında baş verib. Məzrəli kəndində yaşayan Əliheydər Nuriyevə məxsus fərdi yaşayış evində baş vermiş yanğın zamanı ev sahibi alovun qarşısını almaq istəsə də, bu mümkün olmayıb.

 

Bildirilir ki, 8 gün sonra Nuriyevlər ailəsində xeyir iş olacaqmış. Bu məqsədlə qızları üçün cehizlik əşyaları alaraq evə yığıblar. Qəfildən baş verən yanğın nəticəsində bütün cehizlər yanaraq külə dönüb. Hadisə zamanı, həmçinin evdə olan pul və qızıl zinət əşyaları da yanıb.

Hadisə yerinə dərhal Fövqaladə Hallar Nazirliyinin İmişli Rayon Yanğından Mühafizə Xidmətinin 2 ədəd texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda faktla bağlı araşdırma aparılır.

 

# 1925
avatar

Oxşar yazılar