Şadlıq evində qohumunu öldürən şəxsin işi <span style="color:red;">MƏHKƏMƏDƏ
19 dekabr 2014 15:19 (UTC +04:00)

Şadlıq evində qohumunu öldürən şəxsin işi MƏHKƏMƏDƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dayısı oğlunu öldürməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Saleh Hacıyevin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış dekabr 26-a təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il sentyabrın 27-də Xaçmaz rayonunda baş verib. Rayondakı şadlıq evlərindən birində keçirilən toy zamanı qohumlar arasında dava baş verib. 1982-ci il təvəllüdlü Saleh Hacıyevlə dayısı oğlu, 1986-cı il təvəllüdlü Rüfət Xeyrullayev arasındakı münaqişə daha da kəskinləşib. Bu zaman S.Hacıyev pilləkəndə dayanan dayısı oğlu Rüfət Xeyrullayevi itələyib. Nəticədə Rüfət yıxılıb və başı pilləkənə çırpılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

Səlcuq Elçin

Oxşar yazılar