Tovuzda iki VAZ toqquşdu - <span style="color:red;"><b>1 yaralı</b>
09 iyul 2017 22:09 (UTC +04:00)

Tovuzda iki VAZ toqquşdu - 1 yaralı

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə rayonun Xatınlı kəndinə gedən yolda qeydə alınıb.

 

“VAZ 2106” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, Həsənli kənd sakini 1987-ci il təvəllüdlü Mirzəyev Ayaz Akif oğlu xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134
avatar

Oxşar yazılar