Bakıda dələduzluqla üzləşən şəxs polisə müraciət edib. Lent.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Abbasov Fərhad Nizami oğlu bildirib ki, 2014-cü ilin sentyabrında tanışı Rauf adlı şəxsə Hökməli kəndində torpaq almaq məqsədi ilə 3 min manat pul verib. Lakin həmin şəxs bu günədək vədinə əməl etməyərək onu aldadıb.
Şikayətçi həmin şəxsə pulu Salyan şosesində verdiyini əlavə edib.
Araşdırma aparılır.