Topaz Premyer Liqası: Ardıcıl 3-cü qələbə, məğlubiyyət və 3 xal həsrəti
19 avqust 2013 11:31 (UTC +04:00)

Topaz Premyer Liqası: Ardıcıl 3-cü qələbə, məğlubiyyət və 3 xal həsrəti

Bakının “İnter” və “Rəvan” klubları futbol üzrə Topaz Premyer Liqasında ardıcıl 3-cü dəfə məğlubiyyətə düçar olublar. Lent.az-ın məlumatına görə, hər iki komanda paytaxt derbisində uduzub.

 

“İnter” AZAL-la qarşılaşmada önə keçsə də, hesabı qoruya bilməyib. Qonaqların hücumçusu Viktor İqbekoyi “dubl” edərək, ardıcıl 2-ci oyunda komandasına qələbə qazandırıb.

 

“Rəvan” isə “Bakı”ya böyük hesabla uduzub. Paytaxtın eyniadlı təmsilçisi ilk 2 turda üzləşdiyi məğlubiyyətlərin acığını 5 cavabsız qolla çıxıb. Bu matçda isə litvalı forvard Mindauqas Kalonas “dubl” edib.

 

“Neftçi” və “Qarabağ” ardıcıl 3-cü qələbəyə nail olub. Flaqman “Simurq”la matçda minimal hesabla qalib gəlib. Hesabda öndə olduğu vaxt “ağ-qaralar” azlıqda qalıb. 42-ci dəqiqədə Elvin Yunuszadə meydandan qovulub. Bununla belə, meydan sahibləri qələbəni sonadək qoruya biliblər. “Qarabağ” isə “Xəzər Lənkəran”ın qapısından 2 cavabsız top keçirib. Bununla da Lənkəran təmsilçisi ardıcıl 3-cü matçda qələbəyə həsrət qalıb. 

 

Amma hər 2 oyunda hakim idarəçiliyi ilə bağlı narazılıq yaranıb. Yunuszadənin qırmızı vərəqə aldığı epizodda “Neftçi” rəhbərliyi baş hakim Əliyar Ağayevin həddən artıq sərt cəzaya əl atdığını iddia edib. “Xəzər Lənkəran” rəsmiləri isə referi Rəhim Həsənovu ikinci yarıda haqsız yerə penalti nöqtəsini göstərməkdə ittiham ediblər.

 

Qeyd edək ki, III tura avqustun 19-da “Sumqayıt” və “Qəbələ” arasında keçiriləcək matçla yekun vurulacaq. Meydan sahibləri mövsümdə ilk, qonaqlar isə ardıcıl 3-cü qələbə üçün meydana çıxacaqlar.   

 

III turun oyunları

 

17 avqust (şənbə)

 

“Neftçi” (Bakı) – “Simurq” (Zaqatala) – 1:0

Qol: Erik Ramos, 36

Qırmızı vərəqə: Elvin Yunuszadə, 42 (“Neftçi”)

 

18 avqust (bazar)

 

“Qarabağ” (Ağdam) – “Xəzər Lənkəran” – 2:0

Qollar: Nikolas Gelaşvili, 26. Riçard Almeyda, 61 – penalti ilə 

 

“İnter” (Bakı) – AZAL (Bakı) – 1:2
Qollar:
Ruslan Əmircanov, 30 - Viktor İqbekoyi, 42; 67

 

“Bakı” – “Rəvan” (Bakı) – 5:0
Qollar:
Yure Travner, 9; Mindauqas Kalonas, 11; 39; Cavid Hüseynov, 79; Aleksandar Soliç, 82 

 

19 avqust (bazar ertəsi)

 

18:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər:
Orxan Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614
avatar

Oxşar yazılar