Təyyarələrlə qağayıların toqquşması araşdırılır
24 avqust 2019 13:20 (UTC +04:00)

Təyyarələrlə qağayıların toqquşması araşdırılır

 

Beynəlxalq Aviasiya Komitəsi avqustun 16-da Moskva vilayətində qarğıdalı tarlasına qəza enişi edən Airbus A321 təyyarəsində baş verənlərin hesabatını hazırlayır.

Lent.az-ın məlumatına görə, komitə rəsmisinin Rusiya KİV-ə verdiyi açıqlamada deyilir ki, hadisənin araşdırılmasının məqsədi gələcəkdə uçuşların təhlükəsizliyini təmin etməkdir.

Məlum olub ki, Rusiyada hər il mindən çox təyyarələrlə quşların toqquşması halı baş verir. Əsasən də yay aylarında. Qağayılar bu sarıdan daha “fəaldır”.

Xatırladaq ki, Moskvadan Simferopola uçan bortunda 226 sərnişin olan  Airbus A321 təyyarəsinin qəza enişinə səbəb mühərrikinə qağayının girməsi  olmuşdu. Prezident Vladimir Putin pilota "Rusiya qəhrəmanı" fəxri adı verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813
avatar

Oxşar yazılar