Təşviş yaradan səhv mesaj : "Şimali Koreya raket atdi"
11 aprel 2013 07:02 (UTC +04:00)

Təşviş yaradan səhv mesaj : "Şimali Koreya raket atdi"

Şimali Koreyanın dördüncü nüvə sınağına hazırlaşdığı bir vaxtda sosial şəbəkə saytı “Twitter”də yayılan ismarış bütün dünyanı həyəcanlandırıb.Lent.az-ın Türkiyə NTV-inə istinadən məlumatına görə, Yaponiyanın Yokohama şəhər rəhbərliyinin rəsmi “Twitter» səhifəsində "@yokohama_saigai" adlı ünvanda “Şimali Koreya raket atdı” mesajı  yazılıb.

 

Qısa vaxt ərzində 36 min nəfər bu ismarıcı paylaşıb. Bu,Yaponiya başda olmaqla bir neçə dövlətin sakinlərinin təşvişə düşməsinə səbəb olub.

 

İsmarış barədə açıqlama verən Yokohama rəsmiləri belə bir “tweet” hazırladıqlarını, amma bunun səhvən yayıldığını bildiriblər. “İstifadəçilərimizdən biri telefonla zəng etdikdən sonra səhvimizi başa düşdük”-deyə, məsullardan biri bildirib.

 

Bundan başqa Yaponiya hökuməti paytaxt Tokioda Şimali Koreyanın raket hücumundan qorunmaq məqsədi ilə “Patriot” müdafiə sistemini yerləşdirib.

 

Cənubi Koreya isə bu gün “Şimali Koreya hər an raket ata bilər!” açıqlamasını yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1205
avatar

Oxşar yazılar