Tərtərdə ağır yol qəzası: 2 ölü, bir yaralı
06 sentyabr 2013 11:32 (UTC +04:00)

Tərtərdə ağır yol qəzası: 2 ölü, bir yaralı

Tərtərdə ağır yol qəzası baş verib.


 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 6-sı saat 00:30 radələrində Bərdə-Ağdam yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Muradov Ziyad Vidadi oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VL 351 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Tənifəyev Vüqar Elbrus oğlunun idarə etdiyi “VAZ-2101” markalı, 11 BC 045 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan sərnişinlər, Mingəçevir şəhər sakinləri - 1958-ci il təvəllüdlü Əhmədova Gülarə Nəriman qızı və 1982-ci il təvəllüdlü İbrahimov Həsən Oqtay oğlu hadisə yerində ölüb.

 

“VAZ-2101” markalı avtomobilin sürücüsü isə ağır xəsarətlə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

Oxşar yazılar