Təmas xəttində monitorinq aparmaq mümkün olmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün ATƏT fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin yaxınlığındakı təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinqin başlanmasına az qalmış erməni silahlı bölmələri tərəfdən atəşkəs rejimi pozulub.
Bu səbəbdən də monitorinq dayandırılıb.