Bakıda tələbə özünü asıb.
Azərbaycan Texniki Universitetin tələbəsi intihar edib. Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə bu gün Ziya Bünyadov prospekti, ev-5-in qarşısındakı ağacdan asılı vəziyyətdə olan kişi meyiti taılıb. Araşdırmalar nəticəsində özünü asan şəxsin 1995-ci il təvəllüdlü İmaməlizadə Etibar Nazim oğlu olması müəyyən edilib.
E.İmaməlizadə Azərbaycan Texniki Universitetinin ikinci kurs tələbəsi olub.
E.İmaməlizadə öz facebook profilində son olaraq “Sabah ya da birisi gün bəlkə getdim facebookdan. Özü də həmişəlik” deyə qeydə edib. Dostları onun hara getdiyini soruşduqda, E.İmaməlizadə “xoşbəxt olmaq üçün” cavabını verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.