Tələbə internet-klubda qan tökdü - TƏFƏRRÜAT
17 dekabr 2012 12:41 (UTC +04:00)

Tələbə internet-klubda qan tökdü - TƏFƏRRÜAT

Dekabrın 15-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, şəhər sakini 18 yaşlı Orxan Abidov daxilə nüfuz edən 2 bıçaq xəsarəti ilə İ.Dağıstanlı küçəsində yerləşən internet-klubdan Kliniki Tibbi Mərkəzə daxil olub. Binəqədi RPİ CAŞ və 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 19 yaşlı Emil Əliyev tutulub.

 

Verilən məlumata görə, gənclər internet-klubda yüksək səslə danışmaq üstündə mübahisə ediblər. Daha sonra Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi olan E.Əliyev O.Abidovu çölə çağırıb və onunla söhbət eləmək istədiyini bildirib. Gənclər internet-klubdan çıxan kimi 19 yaşlı universitet tələbəsi O.Abidovu bıçaqlayıb.

 

Fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713

Oxşar yazılar

Bakıda evdən 90 minlik  OĞURLUQ

Bakıda evdən 90 minlik OĞURLUQ

22 aprel 2025 , 15:40
Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38