Təhsil şöbəsinin müdirinin işi məhkəmədə
27 fevral 2014 16:11 (UTC +04:00)

Təhsil şöbəsinin müdirinin işi məhkəmədə

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Quba rayon Təhsil şöbəsinin müdiri Süleyman Aslanovun qanunsuz hərəkətlərə yol verməsi faktlarına görə başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılmış istintaqla S.Aslanovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta diplomlar əsasında Quba rayon sakinlərinin rayonun orta və tam orta məktəblərinə müəllim təyin edilməsinə nail olması müəyyən edilib. Həmin şəxslər tərəfindən keyfiyyətsiz tədris aparılmasında, həmçinin dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsi üçün ayrılmış 103 min 455 manat məbləğində vəsaitin əmək haqqı kimi onlara qanunsuz olaraq verilməsinə şərait yaradaraq təhsil sistemini nufuzdan salan hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1786
avatar

Nizam Rza

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05