Təcili tibbi yardım maşını ağır qəzaya düşdü: <span style="color:red;">6 yaralı
23 mart 2014 10:34 (UTC +04:00)

Təcili tibbi yardım maşını ağır qəzaya düşdü: 6 yaralı

Bakıda təcili tibbi yardım maşını ağır qəzaya düşüb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində - İnşaatçılar prospektində baş verib. “Toyota Rav 4” markalı avtomobilin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının “Mercedes” markalı tibbi yardım maşınına çırpılması nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar arasında təcili tibbi yardım briqadasının sürücüsü, tibbi heyəti və xəstəxanaya aparılan şəxs də var.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4113

Oxşar yazılar