Təbrizin “Traktorsazi” maşınqayırma zavodunun işçiləri etiraz aksiyası keçiriblər.
APA-nın İLNA-ya istinadən məlumatına görə, buna səbəb fəhlələrin iki aylıq maaşlarının ödənilməməsidir.
“Traktorsazi” maşınqayırma zavodunun 300 işçisinin qatıldığı və 3 saat davam edən aksiya yalnız Təbriz Şəhər İcra Hakimiyyətinin başçısının müdaxiləsindən sonra başa çatıb. Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı fəhlələrə əmək haqlarının ödəniləcəyi haqda vəd verib və bu səbəbdən işçilər öz işlərinin başına dönüblər.