<b>Tanışının bıçaqladığı şəxs: “Yalandan üzə dura bilmərəm”</b>
14 iyul 2018 11:47 (UTC +04:00)

Tanışının bıçaqladığı şəxs: “Yalandan üzə dura bilmərəm”

Bakının Yasamal rayonu ərazisində tanışını öldürməyə cəhddə və polisə müqavimətdə təqsirləndirilən Ələkbər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

 

Ələkbər Əhmədov ittihama münasibət bildirərkən özünü təqsirli saymadığını deyib.

 

O, bildirib ki, heç kimi bıçaqlamayıb, polislər tərəfindən saxlanan zaman ona xəsarət yetirilib.

 

Prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Cavad Bağırzadə qeyd edib ki, Ələkbər Əhmədovu tanıyır və onla problem yaşamayıb:

 

“Hadisə ötən il baş verib. Həmin gün oruc tutmuşdum. Dostumla maşın düzəldən yerin yanında dayanmışdıq. Dostumun işi vardı. Gec gəldiyi üçün qışqırıb onu çağırdım ki, tez gəlsin. Tanımadığım bir şəxs mənə dedi ki, səsinizin tonunu aşağı sal. Aramızda bunun üstündə mübahisə düşdü. Əlbəyaxa olduq. Oruc olduğumdan əsəbi idim. Dava olan zaman kürəyimə nəsə dəydiyini hiss elədim. Əlimi kürəyimə vuranda qanı gördüm. Uşaqlar məni xəstəxanaya apardı. 8 gün xəstəxanada qaldım, sonra Masallıya getdim. 1 ay Masallıda qaldım. Sonra prokurorluğa çağırdılar”.

 

Zərərçəkən qeyd edib ki, onu vuran şəxsi tanımayıb və  Ələkbər Əhmədov onu vurmayıb.

 

"Yalandan kiminsə günahına girə bilmərəm, məni Ələkbər vurmayıb. Allahsızlıq olar, kiminsə yalandan üzünə durum”.

 

Dövlət ittihamçısı Cavad Bağırzadənin yalan danışdığını, məhkəməni aldatdığını deyib: “Görüntülər var, zərərçəkmiş indi məhkəmədə yalan danışır və Ələkbər Əhmədovu görmədiyini deyir. Cavad Bağırzadənin özü hadisə baş verən zaman xuliqanlıq hərəkətləri edib”.

 

Hakim zərərçəkənin istintaqa verdiyi ifadələri elan edib. Məlum olub ki, C.Bağırzadə ifadələrində əvvəlcə Ələkbəri tanıdığını, sonra isə tanımadığını deyib. Daha sonrakı ifadələrində isə onu bıçaqlayan şəxsin Ələkbər olduğunu deyib. Zərərçəkmiş məhkəmədəki ifadəsinin doğru olduğunu bildirib.

 

Hakim zərərçəkmişə xatırladıb ki, məhkəməyə düzgün ifadə vermək üçün iltizama imza atıb. Yalan ifadə verəcəyi halda məsuliyyətə cəlb ediləcək.

 

Məhkəmə iclası iyulun 20-də davam etdiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Səlcuq Elçin

Oxşar yazılar