Bakıda məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Şuşaşəhərciyində qeydə alınıb.
Bir-birinə bitişik iki yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, evlərdən biri ötən il də yanıbmış.