Sürücü sükan arxasında öldü
13 aprel 2017 09:42 (UTC +04:00)

Sürücü sükan arxasında öldü

 

Bakıda sürücü sükan arxasında ölüb

 

 

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Tolstoy küçəsində qeydə alınıb. 55 yaşlı Səfər Surxay oğlu Orucovun idarə etdiyi “Mercedes” markalı, 90 BG 188 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək maneəyə dəyib. Hadisə yerinə baxış keçirilərkən sürücünün sükan arxasında ölməsi və bunun nəticəsində avtomobilin idarəetmədən çıxaraq maneəyə dəyməsi məlum olub.

 

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

APA Baycan

Oxşar yazılar