Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilənlər <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
29 avqust 2016 15:52 (UTC +04:00)

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilənlər MƏHKƏMƏ QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşlərdə təqsirləndirilən Elburus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticə hissəsini elan edib. Prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Həmin şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. Onlar Suriyada heç bir qruplaşmanın tərkibində döyüşmədiklərini və heç bir təlimlərdə iştirak etmədiklərini bildiriblər. Proses sentyabrın 5-nə təyin edilib.

 

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Suriyada olmuş və qanunsuz silahlı birləşmələrdə iştirak ediblər. Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Elburus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov Təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib. Müəyyən edilib ki, onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər. Qeyd edək ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Suriyada olmuş və qanunsuz silahlı birləşmələrdə iştirak ediblər. Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Elburus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov Təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib. Müəyyən edilib ki, onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Səlcuq Elçin

Oxşar yazılar