Sünnət toyunda kütləvi zəhərlənmə  - YENİLƏNİB
26 avqust 2019 17:28 (UTC +04:00)

Sünnət toyunda kütləvi zəhərlənmə - YENİLƏNİB

0
Ağdaşda sünnət toyunda zəhərlənən 10 nəfər ötən gecə və səhər saatlarında xəstəxanaya müraciət edib.
 
Ağdaş rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, həmin şəxslərə ambulator yardım göstərildikdən sonra evə buraxılıblar.
 
16:50
 
Ağdaşda kütləvi zəhərlənmə olub.
 
APA-nın məlumatına görə, hadisə rayonun Cardam kəndində təşkil olunmuş sünnət toyunda qeydə alınıb. Mərasimdə iştirak edənlər – 4 yaşlı Polad Əsgərov, 1 yaşlı Turan Cəbrayılov, 4 yaşlı Əlövsət Cəbrayıllı, 4 yaşlı Zeynəb Cəbrayılova, 3 yaşlı Fərid Cəbrayıllı, 6 yaşlı Seymur Əsgərov, 13 yaşlı Vüsalə Mehdiyev, 23 yaşlı Ramil Abbasova, 32 yaşlı Kamilə Məmmədova, 37 yaşlı Yasəmən Cahangirova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1438

Oxşar yazılar