Sumqayıtda mənzildə partlayış:<span style="color:red;"> ölən və yaralananlar var
14 yanvar 2015 15:53 (UTC +04:00)

Sumqayıtda mənzildə partlayış: ölən və yaralananlar var

Sumqayıtda mənzildə partlayış olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə,  H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

 

Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlib və ev deformasiyaya uğrayıb. Yanğın zamanı ev sahibinin qızı 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub,  2 nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar