Sumqayıtda 25 yaşlı oğlan qətlə yetirilib
10 aprel 2013 12:19 (UTC +04:00)

Sumqayıtda 25 yaşlı oğlan qətlə yetirilib

 

Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 25 yaşlı Rəşid İbişov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla əlaqədar cinayət işi açılıb. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində R.İbişovu qətlə yetirmiş 22 yaşlı Mahir Dəmirov müəyyən edilib və saxlanılıb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1303
avatar

Nizam Rza

Oxşar yazılar