Söyüşə görə qan tökənin istəyi reallaşmadı
14 iyul 2018 15:50 (UTC +04:00)

Söyüşə görə qan tökənin istəyi reallaşmadı

 

Bakıda tanımadığı adamı küçədə söyüşə görə bıçaqlamaqda təqsirləndirilən Ruslan Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində  hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən Ruslan Səfərovun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2017-ci ildə baş verib. R.Səfərov Bakının Xətai rayonunda gecə saat 3 radələrində küçədə bir neçə şəxslə birlikdə səs-küy salıb, ucadan söyüş söydükləri üçün Elvin İsmayılov onlara irad bildirib. Bu zaman aralarında yaranan mübahisə nəticəsində R.Səfərov E.İsmayılovu bıçaqlayaraq xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən R.Səfərov əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini deyib. Söyləyib ki, hadisə heç nədən başlayan mübahisədən sonra baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15