Bu gün Şamaxıda növbəti zəlzələ qeydə alınıb. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 15:46:44-də baş verən zəlzələnin maqnitudası 3.4 bal, dərinliyi isə 7 km olub.
Qeyd edək bu, son 6 saat ərzində Şamaxıda hiss edilən 3-cü zəlzələdir.