İyulun 4-nə keçən gecə saat 03.00 radələrində Bakı şəhərinin Qaradağ rayonunda dəhşətli qətl hadisəsi törədilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Lökbatan qəsəbəsi, 1196-cı keçid, ev 1, mənzil 83 ünvanında orada yaşayan 1967-ci il təvəllüdlü Vəliyev Şahin Vəli oğlunun meyiti tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinə zamanı Ş. Vəliyevin boğaz nahiyəsində kəsilmiş xəsarət aşkarlanıb. Məlum olub ki, o boğazının kəsilməsi nəticəsində kəskin qan itirmədən ölüb.
Hazırda hadisəni törətmiş şəxs və ya şəxslərin yaxalanaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Hadisənin baş vermə şəraiti, səbəbləri, ölən şəxsin kimliyi barədə ətraflı məlumat almaq hələlik mümkün olmayıb.