"ASAN" Biləsuvara gəlir
04 noyabr 2015 10:43 (UTC +04:00)

"ASAN" Biləsuvara gəlir

0

Səyyar ASAN xidmət  14 gün Biləsuvar rayonunda olacaq.

 

Xidmətdən Lent.az-a verilən məlumata görə, 3-17 noyabr  tarixlərində Səyyar ASAN xidmət Biləsuvar rayonunda Biləsuvar və Cəlilabad sakinlərinə səyyar formada xidmət göstərəcək.

 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

Bu xidmətlərə aşağıdakılar daxildir:

 

·         Notariat fəaliyyəti;

 

·         Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

 

·         Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

 

·         Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

 

·         Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

 

·         Əmək pensiyalarının təyin edilməsi;

 

·         Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

 

·         Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların

 

məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

 

·         Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar