Apellyasiya məhkəməsi Seymur Həzinin vəsatətlərini təmin edib
28 iyul 2015 13:23 (UTC +04:00)

Apellyasiya məhkəməsi Seymur Həzinin vəsatətlərini təmin edib

Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində "Azadlıq" qəzetinin şöbə müdiri, AXCP sədrinin müavini Seymur Həzinin birinci instasiya  məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, məhkəmədə jurnalistin vəkili Adil İsmayılov Seymur Həzinin müttəhimlər üçün nəzərdə tutulan dəmir qəfəsdə deyil, vəkillərin yanında əyləşməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin olunub.

 

Vəkil digər bir vəsatət qaldıraraq Seymur Həzinin dalaşdığı Məhərrəm Həsənovun prosesə cəlb edilməsini istəyib. Vəsatət təmin edilib.

 

Məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.

 

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki,  keçən il avqustun 29-da saat 12:30 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Seymur Həziyev qəsəbənin girişindəki avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib. Onun əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söyməsində, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifət nahiyəsinə vuraraq sonuncuya bədən xəsarətləri yetirməsində şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Səlcuq Elçin

Oxşar yazılar