GÜNÜN ŞƏRHİ
2013-cü ilə kimi AKP hökumətinin uzaqvuran toplarından dörd nəfər haqqında Fəthullahçı Terror Təşkilatı ilə əlaqələrə dair araşdırma aparılır. Bülənt Arınc, Hüseyn Çelik, Sadullah Ərgün və Suat Kılıç haqqında prokurorluq təhqiqatı AKP-də təmizləmə prosesinin başlayacağı barədə ehtimalları doğrultdu. Hər kəs artıq "sıra kimdədir" sualı üzərində baş sındırır. Hökumətə yaxın media qurumlarını monitorinq edərək müəyyən ehtimallar irəli sürmək mümkündür. Sırada ilk üç nəfərdən birinin baş nazirini müavini Şaban Dişli olacağı şübhə doğurmur. Dişlinin qardaşı silahlı çevriliş cəhdinin rəhbərlərindən biri olub və hazırda həbsdədir. AKP mediası iki gündür sabiq gömrük naziri Hayati Yazıcının Fətullah Gülənlə əlaqələrinə dair silsilə materiallar dərc etdirir, bu səbəbdən siyahıya Yazıçının da adını əlavə etmək olar. Və nəhayət iqtisadiyyat naziri Nihat Zeybəkçinin yaxın qohumu haqqında FETÖ təhqiqatı çərçivəsində həbs qətimkan tədbiri seçilməsi bu şəxsin də təmizlik prosesinə cəlb olunacağını göstərir. Vəzifədən uzaqlaşdırılacağı gözlənilən daha bir nəfər Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidandır. Fidanın hələ də vəzifədə qalması həm MİT-də aparılan islahatlar, həm də prezident Ərdoğanın bəyan etdiyi "keçiddə atları dəyişməzlər" prinsipidir. MİT-in səlahiyyətlərinin bölünməsini nəzərdə tutulan qanun hökmündə qərarnamənin bu günlərdə imzalanacağı gözlənilir. Hakan Fidan ən tez bu qərarnamədən, ən gec isə prezident Ərdoğanın Rusiya səfəri başa çatdıqdan sonra kreslosuna əlvida deyəcək. FETÖ ilə əlaqəsi olan şəxslər arasında sabiq prezident Abdullah Gül, daxili işlər naziri Əbdülqadir Aksu, müdafiə naziri Vecdi Könül, parlamentin spikeri Cəmil Çiçək, sabiq baş nazir Əhməd Davudoğlunun da adları keçir. Lakin hökumət mediasının bu şəxslərlə bağlı susqunluğu onların istintaqa cəlb olunacağı ehtimalını azaldır.

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Avqust
Oxşar yazılar

Qandonduran HADİSƏ: ana şprislə uşaqlarının qanını çəkdi, fondlardan pul aldı
12 avqust 2025 , 19:19
Pəncərədən girib evi qarət etdilər - BAKIDA
12 avqust 2025 , 19:04
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi
12 avqust 2025 , 18:44
Qubada istirahət mərkəzi təhlükə səbəbilə BAĞLANDI - VİDEO
12 avqust 2025 , 17:10
Torpaq yollarla Sumqayıta sərnişin daşıyırdı, həbs olundu - VİDEO
12 avqust 2025 , 16:25
"Razin"dəki "Akkord"un binasında FACİƏ: 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
12 avqust 2025 , 15:37
Bakıda "avtoş"luq edən motosikletçi qız həbs olundu - VİDEO
12 avqust 2025 , 15:27