GÜNÜN ŞƏRHİ
Ərdoğanın NATO Parlament Assambleyasının İstanbulda keçirilən payız sessiyasında və son iki gündə Avropa İttifaqına qarşı verdiyi sərt bəyanatlar başadüşüləndir. Son vaxtlar Türkiyənin özünə 1 nömrəli məsələ hesab etdiyi milli təhlükəsizliyinin təminatından tutmuş, Suriya və İraqdan gələn miqrantların problemlərinin həll edilməsinə qədər bütün mövzularda bir Qərb etibarsızlığı hiss olunur.
Türkiyə prezidenti belə sərt bəyanatlarla həm də qarşı tərəfə təzyiq etmək istəyir. Xüsusən də Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsini gündəmə gətirməklə. Ərdoğan sonuncu mesaj ilə Qərbə həm də "sizə möhtac deyilik, üstümüzə bir az da gəlsəniz, üzümüzü Şərqə döndərə bilərik", - demək istəyir...