Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 Oktyabr
21 oktyabr 2016 20:21 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 Oktyabr

GÜNÜN ŞƏRHİ


Maraq doğuran başqa bir məqam da var. Səudiyyə Ərəbistanının maliyyə bazarında 17,5 milyard dollar dəyərində istiqraz yerləşdirməsindən sonra neft dəyər itirməyə başladı.

 

Əslində belə iddia olunur ki, neft bazarlarındakı çaxnaşma ərəblərin sahib olduqları istiqrazları sərbəst şəkildə satmasına şərait yaratmaq üçün məqsədyönlü şəkildə təşkil olunub və neftin qiymətinin bilərəkdən artırılması prosesində Amerikan bankları da aktiv şəkildə iştirak edib. Burada təəccüblü heç nə yoxdur. Çünki məhz sözü gedən banklar istiqraz yerləşdirilməsi prosesinin əsas təşkilatçıları hesab olunur və bu işə görə külli-miqdarda komissiya haqqı əldə edir. Müvafiq olaraq uğurla həyata keçirilən istiqraz yerləşdirmə prosesindən dərhal sonra "qara qızılın" qiyməti enməyə başladı.

 

Hər halda, belə bir vəziyyətdə bu halın səbəbləri bir o qədər də əhəmiyyətli deyil. İndi sadəcə olaraq neft qiymətlərinin bundan sonra hansı dinamikanı nümayiş etdirəcəyini gözləmək lazımdır. Bundan əlavə,  son zamanlarda məzənnəsi əhəmiyyətli şəkildə artmaqda olan dollar faktorunu da yaddan çıxarmaq olmaz. Neft isə ABŞ valyutasındakı bu artım dinamikasına heç bir şəkildə reaksiya verməyib...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

APA TV

Oxşar yazılar