Sərnişin avtobusu yük maşını ilə toqquşub,bir nəfər ölüb, 25 nəfər yaralanıb - <span style="color:red;">YENİLƏNİB-2
09 aprel 2014 09:46 (UTC +04:00)

Sərnişin avtobusu yük maşını ilə toqquşub,bir nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB-2

Sumqayıt şəhərində baş verən ağır yol qəzasında 1 nəfər ölüb 25 nəfər isə ağır yaralanıb.

 

APA-nın xəbərinə görə, ağır qəza Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb. Magistral yolla hərəkət edən "50 AE 109" dövlət nömrə nişanlı "İsuzu" markalı sərnişin avtobusu ilə "90 JH 537" nömrəli "MAZ" markalı yük maşını toqquşub. Zərbənin təsirindən avtobusun ön hissəsi deformasiyaya uğrayıb. Nəticədə avtobusun sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerindəcə keçinib. 

 

Yaralılardan 9-u Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə, 16-ı isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.

Faktla bağlı Sumqayıt Şəhər Yol Polisi İdarəsində araşdırma aparılır.

 

17.56

Bu gün Sumqayıt şəhərində sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində ölən şəxsin avtobusun sürücüsü olduğu məlum olub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Daevoo" markalı avtobusda olan daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hazırda ölən və yaralananların adlarının dəqiqləşdirilməsi istiqamətində iş aparılır. Qəzadan sonra Sumqayıtı H.Z.Tağıyev qəsəbəsi ilə birləşdirən yolda nəqliyyatın hərəkəti çətinləşsə də, az sonra yol açılıb.

 

*****

 

17:41

 

Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası bu gün saat 17 radələrində  Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb.

 

3 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “SHACKMAN” markalı yük avtomobili ilə toqquşub.

 

Polisdən qəza nəticəsində ölən və xeyli sayda yaralı oldu bildirilir.

 

 

# 3757
avatar

Nizam Rza

Oxşar yazılar