Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şəmsiyyə Bəylərqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə Ş. Bəylərqızının vəkili onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətlər verib. Lakin məhkəmə vəsatətləri təmin etməyib. Baxış iclası aprelin 3-nə təyin olunub.
Qeyd edək ki, Ş. Bəylərqızı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.
Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib.
Həmin şikayət əsasında Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.