Şəkidə məzarları təhqir edənlər tutuldu
16 oktyabr 2015 23:21 (UTC +04:00)

Şəkidə məzarları təhqir edənlər tutuldu

Şəkidə qəbiristanlıqda qəbirlərin üzərində təhqiredici hərəkətlər edən rayon sakinləri həbs edilib.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 15-i rayonun Baş Göynük kənd qəbiristanlığında qəbirlərin üzərində təhqiredici hərəkətlər edilməsi, üzərində ərəbcə yazı olan qədimi qəbirin dağıltmaqla  və oradan oğurluğa cəhd göstərilməsi barədə Şəki ŞRPŞ-ə müraciət daxil olub.

 

Müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin Baş Göynük kənd sakinləri 1956-cı il təvəllüdlü, Məmməd Həmid oğlu İsmayılov və 1972-ci il təvəllüdlü  Çingiz Abdulrəhman oğlu Abdulrəhmanovun olduğu müəyyən edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar